Cəbhə xəttində atəşkəs yenidən pozulub.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.