Ermənistan silahlı bölmələri oktyabrın 4-nə keçən gecə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.