Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verən mina hadisəsi zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.
Oxu.Az-a Füzuli Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəsarət alan şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
"Yanvarın 7-si saat 13:00-da Cəbrayıl rayonda baş verən mina partlayışı səbəbi ilə xəsarət alan 1985-ci il təvəllüdlü (kişi) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib. Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.
Aygün Mirakif
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-cı il 7 yanvar tarixində mina hadisəsi baș verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Rəşad Nəriman oğlu Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Rəşad Məmmədov ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.