Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl edilməsi ilə bağlı yoxlamalara başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yoxlamalar FHN-nin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları tərəfindən həyata keçirilir.
Məlumatda bildirilir ki, iyulun 27-də kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət qaydalarını kobud şəkildə pozduğuna görə, Bakı şəhərinin Türkan və Sahil qəsəbələri istiqamətlərində keçirilən əməliyyat tədbirlərinin nəticəsi olaraq, 5 su nəqliyyatı vasitəsinin (hidrosikl) istismarına qadağa qoyulub, onlar müvəqqəti saxlanca götürülüb.
Qeyd olunan gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək.
E.Ə.
www.oxu.az