Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çimnaz Sultanovanın dəfn yeri məlum oldu: Cənazəsi evinə aparıldı
Aktrisa Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alıb və orada vəfat edib.
Oxu.Az Bizim.Mediaya istinadən xəbər verir ki, aktrisaya yaxın olan sənət dostları onun bir neçə aydır yaxınları, sənət yoldaşları ilə əlaqə yaratmadığını bildiriblər.
Həmçinin sənət yoldaşları xəstəliyini hamıdan gizlədən aktrisanın bir oğlunun olduğunu qeyd ediblər. Xatırladaq ki, Çimnaz Sultanova Almaniyada Beynəlxalq iqtisadi əlaqələr fakültəsindən məzun olub. Dram dərnəyində aktyorluq sənəti üzrə və eyni zamanda vokal üzrə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyub.
Aktrisa Çimnaz Sultanovanın cənazəsi yaşadığı evə gətirilib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, mərhumla vida mərasimi sabah Əmircan qəbiristanlığında keçiriləcək.
Qeyd edək ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.
Xatırladaq ki, Çimnaz Sultanova 15 yanvar 1980-ci ildə Bakıda anadan olub. "Vicdan haqqı", "Sənə inanıram", "Bayram axşamı" kimi bir sıra serial və filmlərdə rol alıb.
Ətraflı süjetdə:

Aktrisa Çimnaz Sultanova vəfat edib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.
Mərhum sabah dəfn ediləcək.
Qeyd edək ki, bu gün, yanvarın 15-i aktrisanın doğum günü idi.
