Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər
Kondisionerlərə düzgün qulluq edilmədikdə, nəinki xoşagəlməz kif qoxusu yayıla bilər, həm də ciddi sağlamlıq problemləri yarana bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya KİV-ə açıqlamasında sənaye mühəndisi Vyaçeslav Motin məlumat verib.
Onun sözlərinə görə, kondisionerin daxilindəki rütubət kifin əmələ gəlməsinə, həmçinin bakteriyaların inkişafına şərait yaradır.
"Bu mikroorqanizmlər hava yolu ilə yayılaraq allergik reaksiyalara, astma tutmalarına, tənəffüs yollarının infeksiyalarına və hətta ağır pnevmoniyaya səbəb ola bilər", - deyə Vyaçeslav Motin vurğulayıb.
"Kondisioner sistemi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar