Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Husilərdən Təl-Əvivdəki xarici səfirliklərə XƏBƏRDARLIQ
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşət Təl-Əvivdə yerləşən səfirlikləri və diplomatik missiyaları husilərin mümkün hədəflərindən təhlükəsiz məsafəyə köçürməyə çağırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, onun sözlərini Yəmən üsyançılarının nəzarətində olan "Al Masirah" telekanalı yayıb.
"İşğal edilmiş Yaffa bölgəsində (Təl-Əviv nəzərdə tutulur - red.) qüvvələrimizin qanuni hədəflərinin yaxınlığında yerləşən xarici dövlətlərin səfirliklərinin təhlükəsizliyini təmin etmək üçün düşmən hökumətini bu səfirlikləri təhlükəsiz məsafəyə köçürməyə çağırırıq", - bəyanatda deyilir.