Xəzər dənizinin Xaçmazın Muxtadır kəndi ərazisinə düşən hissəsində boğulma hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, insident bu gün axşam saat 18:30 radələrində qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan təqribən 40-50 yaşlı şəxs dənizdə çimərkən batıb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
L.Ə.