Daşkəsən rayonunun Zinzahal kənd bələdiyyəsinin sədri bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az ARB TV -yə istinadən xəbər verir ki, kənd sakini, 37 yaşlı Fizuli Quliyev meşədə ağac kəsən zaman ehtiyatsızlıq nəticəsində ağacın altında qalıb.
Ağır bədən xəsarətləri alan Füzuli Quliyev xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
12:35
Daşkəsən rayonunda bələdiyyə sədri ölüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Zinzahal kənd bələdiyyəsinin sədri Füzuli İsmayıl oğlu Quliyev kənd ərazisində bədbəxt hadisə nəticəsində ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
A.M.