Dünən dəhşətli yol qəzasında həyatını itirən şəxsin adı məlum olub.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev prospektində “Koroğlu” metrosu istiqamətində Anar Rüstəmovun idarə etdiyi 10 GB 200 dövlət nömrə nişanlı “Nissan Maxima” markalı avtomobil idarəetməni itirərək dəmir dirəyə çırpılıb.
Zərbənin təsirindən maşın parçalanıb, sürücü isə yerindəcə dünyasını dəyişib.
Anar Xəzər Universitetinin sosial və humanitar fənlər fakültəsinin 3-cü kurs tələbəsi olub.
Elvin Əhmədov
www.oxu.az