Azərbaycanda dəm qazı daha iki nəfərin həyatına son qoyub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 20-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Nuranə Məmmədova, Lənkəran rayonunun Şağlaküçə kəndində yaşayan Təliyə Tağıyeva evlərində dəm qazından zəhərlənərək ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az