Milli Məclisin üzvü Sabir Hacıyev oğlu Kamalı evləndirib.
“Buta Palace”-da keçirilən toy mərasimində ölkənin yüksək vəzifəli məmurları, onların ailə üzvləri və həmçinin, millət vəkilləri iştirak ediblər.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, S.Hacıyevin gəlini tanınmış iş adamı Bəylər Məmmədovun qızıdır (Aydan Məmmədova – red.).
Gənclər bir müddət öncə tanış olaraq ailə qurmaq qərarı veriblər.