Sosial şəbəkələrdə Bakıda evakuator xidmətinin sürücülərinin yağışlı havanın yaratdığı problemlə bağlı kömək istəyən sürücülərdən 10 manat istəməsinin görüntüləri yayılıb.
Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, Vaqif Hüseynov adlı sürücü paylaşdığı videoda bildirib ki, Dərnəgül yolunda gölməçələr yaranıb və minik avtomobilləri bu ərazidən keçə bilmir.
Bir neçə evakuator sürücüsü isə həmin əraziyə gələrək yolda qalan sürücülərə “kömək“ təklif ediblər. Onlar təxminən 20-30 metrlik gölməçəni keçirmək üçün hər sürücüdən 10 manat istəyiblər.
S.B.
www.oxu.az