Orta məktəblər üçün 8-ci sinif ingilis dili kitabında Azərbaycan məktəbi Əfqanıstandakı kimi, Əfqanıstandakı məktəb isə Azərbaycandakı kimi göstərilib.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, yeni dərsliyin 14-cü səhifəsindəki bu səhv şagirdlərdə çaşqınlıq yaradıb.
Valideynlər belə səhvin dərsliklərdə öz əksini tapmasını qəbuledilməz hesab edirlər.
Kitabın müəllifi Qıztamam Quliyeva məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, həmin səhv dizayn zamanı baş verib.
Onun sözlərinə görə, iki ölkə arasındakı müqayisə cədvəl şəklində daha aşağıda göstərilməli idi.
Ancaq dizayn səhvindən o sözlər həmin şəklin altında yerləşib və buna görə də yanlışlığa səbəb olub. Müəllifin sözlərinə görə, artıq həmin səhv onlar tərəfindən qeydə alınıb və növbəti nəşrlərdə bu problem ortadan qaldırılacaq.
S.B.
www.oxu.az