"ADEX 2026" sərgisində Azərbaycan istehsalı olan atıcı silahlar, kamikadze dronlar və robotlar nümayiş etdiriləcək".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian 2026" - 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanın müdafiə sənayesi son 20 il ərzində əhəmiyyətli dərəcədə inkişaf edib.
"ADEX 2026"da da yeniliklər gözlənilir. Bu il keçiriləcək sərgidə Azərbaycan istehsalı olan atıcı silahlar, kamikadze dronlar və robotlar nümayiş olunacaq. Bu çərçivədə yeni texnologiyaların inkişafına üstünlük verilir. Dünyada müşahidə olunan sürətli inkişaf fonunda müharibələrin forması da dəyişir. Buna zamanla uyğunlaşmaq lazımdır", - deyə S.Ağabalayev qeyd edib.