Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Diş implantlarını qanunsuz yolla ölkəyə keçirmək istədilər
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında diş implantları və aksessuarlarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Roma-Bakı aviareysi ilə gələn iki nəfər ölkə vətəndaşı "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk edərkən "Qırmızı kanal"a yönləndirilib və rentgen qurğusu ilə onların baqaj yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı onlara məxsus çamadanlardan gömrük orqanlarına bəyan edilməyən 471 ədəd diş implantı və 149 ədəd diş implantı aksesuarı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxs HƏBS OLUNDU
- Dövlət Gömrük Komitəsində təqaüd problemi: Eyni rütbə, üç dəfə az pensiya
- Şahin Bağırova yeni müavin təyin edildi: Generala yüksək vəzifə
- Şahin Bağırov: "Kölgə iqtisadiyyatının qarşısının alınması istiqamətində ciddi addımlar atılıb"
- İxracdan əldə olunan 56 milyon manatdan artıq pul ölkəyə qaytarıldı