“Manpası” verilişinin aparıcısı Dj Fateh Murad Arifin “Youtube”dakı məşhur “Popumuz var!” verilişində qonaq olub.
Oxu.Az xəbər verir ki, DJ Fateh Muradın “Cəmiyyətin LGBT üzvlərinə münasibəti necədir” sualına “heç kim Azərbaycan kimi bir ölkədə homoseksual doğulmaq istəməzdi” cavabını verib:
“Cəmiyyətin LGBT üzvlərinə münasibəti İlqar Mikayıloğlunun münasibəti kimidir. Məsələ onda deyil ki, İlqarın münasibəti pis və ya yaxşıdır. Çoxluq necə düşünürsə, İlqar da elə düşünür. Amma anlamaq lazımdır ki, heç kim Azərbaycan kimi bir ölkədə homoseksual doğulmaq istəməzdi. Heç kimin belə bir arzusu olmaz. Deməli, bu, həmin insanların seçimi ilə baş verməyib. Bunu anlayaraq, onlardan üz döndərsəm, bu, mənə yaraşmaz. Mən bu adamlara qarşı çox dözümlüyəm. Dostlarım, tanışlarım arasında da belələri var”.
Rəşad Əliyev