Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dövlət Komitəsi Tərtərdə anası tərəfindən işgəncəyə məruz qalan uşaqla bağlı açıqlama yaydı
Ailə, Qadın və Uşaq Problemləri Komitəsi Tərtərdə anası tərəfindən işğəncəyə məruz qalan azyaşlı ilə bağlı məsələni nəzarətə götürüb.
Komitədən Oxu.Az-a verilən məlumata görə, KİV-də Tərtər rayonu Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı tərəfindən oğlu 2011-ci il təvəllüdlü T.Dünyamalızadənin nadinclik etdiyi üçün cəzalandırdırğı və hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıldığı haqqında məlumat yayılıb.
Hadisə ilə əlaqədar olaraq Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tərtər Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası ilə əlaqə saxlayıb. Eyni zamanda, Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial psixoloqu, sosial işçisi, Tərtər RİH-nin nümayəndəsi, Qaraqoyunlu kənd ərazi nümayəndəsi ilə birgə ailəyə səfər edilib, hazırkı vəziyyət üzrə qiymətləndirmələr aparılıb. Səfər zamanı məlum olub ki, ailə münaqişəlidir, Dünyamalıyeva Könül (ana) və Dünyamalıyev Rafiq (ata) ayrı yaşayırlar.
Araşdırmalar zamanı məlum olub ki, Dünyamalıyeva Könül Laçın rayon sakini Dünyamalıyev Rafiq ilə ailəli olub. Ailə münaqişəsi zəmnində himayədarlar arasında yaranan problemlər nəticəsində qadın digər az yaşlı övladı ilə anasının himayəsinə sığınıb. Hər iki tərəf bir-birini qarşılıqlı ittiham edir. Eyni zamanda, nümayəndə heyəti Rafiq Dünyamalıyevin evində səfərdə olub. Hazırda övladının bədənində heç bir işgəncə yeri yoxdur. Uşaq köhnədən olan ləkə izlərinin anası tərəfindən edildiyini söyləyir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb və araşdırma davam edir.
Könül Cəfərli
Rəylər