"2025-ci ilin son 10 ayı ərzində 491 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub".
Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Sədr qeyd edib ki, onlardan 158 min nəfər işlə təmin edilib, 15 mindən çox şəxs peşə hazırlığına, 16 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib.
"Bundan əlavə, bu dövr ərzində 302 min şəxsə peşəyönümlü məsləhət xidmətləri göstərilib", - deyə o əlavə edib.
Daha ətraflı Bakı TV-nin videomaterialında: