Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dumanlı hava sabahadək davam edəcək - FAKTİKİ HAVA
Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.
"Hava proqnozu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar