Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dünyaya səs salıb, yenidən dirçələn şəhər - Xankəndi
Yolumuz Xanın kəndi, əzəli yurdumuz Xankəndiyədir. Qürur və həyəcanla əzəli torpağımıza yollanırıq. Yol boyu quruculuq, yenidənqurma işlərinin şahidi olmaq, Qarabağımızın yenidən dirçəlməsi bizdə sözlə ifadə ediləsi mümkün olmayan bir hiss doğurur.
Qarabağın tarixi məkanı Qarabağımız yenidən dirçəlir.
Və budur, biz Xankəndiyə çatmışıq, küçələrdə sevincli, xoşbəxt həmvətənlərimizi görürük. Kimi mahnı oxuyur, kimi də tarixi əbədiləşdirmək üçün şəkil çəkdirir. Bütün bunlar göstərir ki, biz qayıtmışıq.
Ən sevincli və qürurverici hal Xankəndiyə tələbələrin dönməsidir. Onlar şəhərin ab-havasını dəyişib, yeni ab-hava gətiriblər. Qarabağ Universitetinin tələbələri ilə Xankəndidə fərqli bir tarix başlayıb. Onlar şəhərin yeni tarixinin bir parçasına çevriliblər. Buranı seçdikləri üçün də çox xoşbəxtdirlər. Həm də ona görə ki, rahat yaşamaları və təhsil almaları üçün hər cür şərait yaradılıb. Universitetin yataqxanası bütün şəraiti ilə tələbələrin ixtiyarına verilib.
Bu gün sürətlə inkişaf edən, yenilənən Xankəndiyə həyat yenidən qayıdıb. Qət edilən yolu və inkişafı görəndə əminliklə deyə bilirsən ki, tarixi şəhərimiz yaxın zamanda Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
"Report"un əməkdaşları Xankəndidə olub, şəhərin görməli və məşhur yerlərini gəziblər.
Daha ətraflı videoreportajı təqdim edirik.
"Xankəndi şəhəri" teqi üzrə xəbərlər
- Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
- Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başlayıb
- Gələn il Xankəndi və Ağdərədə avtomat meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır
- Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilib
- Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
Rəylər