Azərbaycan informasiya saytları erməni xakerləri tərəfindən mütəmadi hücuma məruz qalır. Belə ki, bu gün “haqqin.az” saytı erməni xakerlər tərəfindən sındırılıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, saytın sındırılmış səhifəsində terror təşkilatı olan “erməni gizli ordusu”nun (ASALA) simvolu yerləşdirilib və “Əgər siz müharibəyə son qoymasanız, müharibə sizin sonunuza çıxacaq” (If you don't end war, war will end you) şərhi qeyd edilib.
Saytın aşağı hissəsində ASALA tərəfindən sındırılıb (HACKED BY A.S.A.L.A) sözləri yer alıb.