Klinikanın televiziyada reklamının təşkili ilə bağlı sövdələşməmiz Elçin Əlibəylinin özü ilə olub.
Oxu.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında tanınmış teleaparıcı Elçin Əlibəylini dələduzluqda ittiham edən “ElMed” klinikasının direktoru Ramil Quliyev deyib.
Onun sözlərinə görə, E.Əlibəyliyə pul vermələrinə dair əsaslı sübutlar var:
“Bizim əlimizdə bununla bağlı sənədlər var. Həmçinin Elçin Əlibəyli ilə internetdə yazışmalarımız da mövcuddur. Bütün bunlarla bağlı polisə məlumat vermişik, onlar bu işlə məşğul olurlar. Bizim indi nə isə deməyimiz polisin işinə qarışmaq olar. Ona görə də bu məsələ ilə bağlı hələlik ətraflı açıqlama vermək niyyətimiz yoxdur. Polis nəyi məsləhət bilsə, onu da açıqlayar”.