Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əlillərə burada yer yoxdur
Bir dəfə də olsa Avropaya gedən, orada nə qədər çox əlil insanın olmasına təəccüblənib. Əlil arabasında olan insanları hər yerdə - mağazalarda, restoranlarda, muzeylərdə və hətta attraksion parklarında görmək olar. Həyatsevər və gülərüz... Onlar heç də əzilmiş insanlara bənzəmirlər, əslində elə belədir.
İlk baxışda elə təəssürat yaranır ki, Avropada ümumiyyətlə, fiziki imkanları məhdud olan adamlar çoxdur və yalnız sonradan başa düşürsən ki, bu, belə deyil. Sadəcə onlar üçün orada rahat şərait yaradıldığı üçün onlar normal həyat yaşayaraq praktiki olaraq hər şeydə iştirak edirlər.
Avropa İttifaqının bir çox ölkələrində əlillər üçün nəqliyyatdan istifadə ödənişsizdir, həm də nəqliyyatda əlil arabasından istifadə edən şəxsin oturması üçün xüsusi quraşdırmalar mövcuddur.
İstirahət yerləri də, məsələn, muzey və teatrlar müvafiq olaraq eyni cür rahatlıq yaradacaq quraşdırmalar ilə təmin edilib. Bundan başqa, məhz əlillər üçün ayaqyolu da nəzərdə tutulub, onlar bir qayda olaraq əlil arabaları ilə təmin edilib. Bu rahatlıq üçün edilir ki, əlil taksidə, öz arabasını evdə qoyaraq istədiyi yerə gedə bilsin.
Yaşayış yerlərini xüsusi vurğulamaq lazımdır. Burada ümumiyyətlə, problem yaşanmır. Belə ki, əlillərin çoxu onların hərəkəti üçün heç bir problemin yaranmayacağı evlərdə yaşayırlar. Çünki bu evlərdə xüsusi liftlər, əlil arabalarının düşürdülməsi üçün xüsusi yerlər var. Hətta yalnız əlillərin yaşadığı evlər də mövcuddur. Belə evlərdə sözügedən lift və əlil arabalarının endirilməsi üçün xüsusi yerlərdən başqa? lazım olduqda sakinə yardım etməyə hazır olan xüsusi personal da mövcuddur.
Bundan başqa dövlət büdcəsindən, əlillərə gündə bir neçə saat ərzində: alış-veriş etməyə, ev təmizləməyə, paltar yumağa və buna bənzər işlərdə yardım edən fərdi yardımçılar üçün vəsait də ayrılır.
Eləcə də əlil arabaları ilə təmin etmə proqramı da fəaliyyət göstərir. Müəyyən zaman ərzində araba “parkı” yenilənir, əlili həm gəzinti, həm də ev arabası ilə təmin edirlər. Təbii ki, arabaların çoxu elektrik mühərrik ilə təmin edilib.
Əlillərin Avropada hətta öz mətbuatı belə var, bu mətbuatda da adi mətbuatda yazılan məsələlərdən yazılır, amma o, məhz əlil-oxucu üçün nəzərdə tutulub. Əlillər üçün vakansiyaları dərc edən qəzet də mövcuddur. Yeri gəlmişkən, onların iş ilə problemi olmur – hər yerdə işin kompüterləşdirilməsi əlillərin əksəriyyətini iş ilə təmin etmək imkanı verir.
Orada vəziyyət belədir, bəs bizdə?
Bizim ölkədə əlilləri küçədə çox nadir hallarda görmək mümkündür. Ona görə yox ki, bizdə əlil insan azdır, ona görə ki, onlar üçün evinin sərhədlərindən kənara çıxmaq onlar üçün qəhrəmanlığa bərabərdir.
İlk olaraq bəzi evlərdə liftin olmamasından başlayaq, bir pilləkən mərhələsini enmək isə təkbaşına sadəcə mümkün deyil. Nəqliyyat ilə problem müəyyən mənada həll edilmiş hesab edilir, belə ki, yeni keb-taksilər əlillər üçün müstəqil olaraq otura bilmələrini nəzərə alır, bu yaxınlarda əlillərin müstəqil şəkildə istifadə edə biləcəkləri avtobuslar da alınacaq.
Düzü, bizim əlillərimizin harasa getməsinin mənası yoxdur.
Arabada gəzən əlillər üçün xüsusi enişlər yalnız şəhərin mərkəzində nəzərdə tutulub, o da hər yerdə deyil. Çox az sayda mağaza və restoranlar əlillər üçün cığır və ya geniş qapısı ilə qürrələnə bilər. Fiziki imkanı məhdud olan insanlar üçün az çox yeni ticarət mərkəzlərində imkanlar yaradılıb. Amma ora da gedib çatmaq lazımdır...
Ən böyük problem yeraltı keçidlərdir. Onların sıldırım enişli və paytaxtımızın icra başçısının çox sevdiyi mərmər örtüklə bəzədilməsi kimin ağlına gəlməsi tapmaca olaraq qalır. Çox gözəl görünür, amma praktiki faydası sıfıra bərabərdir.
Şəxsi tərübəmdən deyə bilərəm ki, bu enişlərdən adi boş uşaq velosipedini düşürmək belə mümkün deyil. Ordan düşmək üçün həm gücə, həm də əsəbə malik olmaq lazımdır. Şəxsən mən uşağı qucağıma alırdım, uşaq arabasını isə oradan keçirməyə yoldan keçən xeyirxah insanlar yardım edirdilər, xoşbəxtlikdən belə insanların sayı çoxdur. Bəs əlillər nə etsin?
Bakıda yeraltı keçid belədir:
Razılaşın ki, bu üsulla yolu keçmək əlil üçün son yol keçmə cəhdi ola bilər:
Yerüstü keçidlərə gəldikdə isə, hətta sağlam adam üçün bu “zebra”lardan keçmək bəzən təhlükəlidir, çünki yerli sürücülərin bəzilərinin sürücülük mədəniyyətinin səviyyəsi yalnız yaxşılığa ümid etməkdən başqa çarə buraxmır. Və əgər siz maşınların səliqə ilə “zebranın” qarşısında durub piyadalara yol verdiyini görürsünüzsə əmin olun ki, yaxınlıqda yol polisinin əməkdaşı var.
Arabada olan insan üçün isə yolu keçmək tamamən fövqəl bir sınaq ola bilər, belə ki, yaxınlıqda olan “zebrada” rahat enişin olması fakt deyil.
Bax ona görə də bizim əlillərimiz, kənardan yardım olmadan həyatdan təcrid olunmuş halda evdə oturmağa, özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etməkdən məhkumdurlar.
Biz isə gündəlik həyatımızda dostlarımızla görüşərək, alış-veriş edərkən, restoran və kafelərə gedərkən bir an da olsa bütün bunların evinin dörd divarı arasında qalmağa məhkum olanlar üçün əlçatmaz bir arzu olması barədə düşünmürük.
Gəlin, heç olmasa bəzən bu insanlar barədə düşünək. Onlar həyatın ən sadə sevinclərindən məhrumdurlar, biz isə hər birimiz onların ağır həyatını bir qədər yüngülləşdirə bilərik: qonşuluqda yaşayan əlili gəzməyə apara bilərik, əlil uşaqlar üçün bulvara və ya kinoya yürüş təşkil edə bilərik.
Və mən ümid edirəm ki, bizim ölkədə yaxın gələcəkdə fiziki imkanları məhdud olan insanlar müstəqil şəkildə muzey və konsertlərə, mağazalara və restoranlara gedə biləcəklər, əlil arabasına təhkim olan uşaqlar isə xoşbəxt uşaqlıq illərini yaşama haqqını qazanacaqlar.
Aliyə İsmayılzadə
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək