Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Emin Əmrullayevdən şagird sayı az olan məktəblərin birləşdirilməsinə MÜNASİBƏT
"Şagird sayı az olan tədris müəssisələrinin bəziləri tədrisə yararlı olmadığı halda məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq".
Oxu.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, hər il qəzalı məktəblərin sayı azalır:
"4 il bundan əvvəl 900-dən artıq qəzalı məktəb var idisə, bu il həmin məktəblərin çoxu təmir edilib və sözügedən rəqəm yarıya enib. Bununla belə yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik.
İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşdirilir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq".
Məhərrəm Əliyev
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi" teqi üzrə xəbərlər
- UNEC Dərbənd filialının tələbələri hələ də diplomlarını ala bilmirlər - ŞİKAYƏT
- Nazir müşaviri: "Uşaq təhsilə altı yaşında başlayırsa, üç il itirilmiş hesab olunur"
- Fiziki tərbiyə müəllimləri də sertifikasiyaya CƏLB EDİLMƏLİDİRLƏR?
- Valideyn himayəsindən məhrum şəxslər müavinətlərini ala bilmirlər
- Pekində Azərbaycan-Çin sənədləri imzalanıb