Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ən az sərnişin daxil olan stansiyanın adı AÇIQLANDI
“Bakı Metropoliteni” QSC ən çox və ən az sərnişinin daxil olduğu stansiyaların adlarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a bildirib ki, gün ərzində metro ilə 700 mindən çox sərnişin daşınır: “Sentyabrın 25-də aparılmış müşahidələrə əsasən məlum olub ki, ən az sərnişinin gedişhaqqı ödəyərək daxil olduğu stansiya "Bakmil" olub: “Həmin gün stansiyaya 948 nəfər daxil olub. Ən çox sərnişin isə "28 May"stansiyasında müşahidə olunub. Stansiyaya bir gün ərzində 77 292 nəfər daxil olub”.
O qeyd edib ki, ən az sərnişinin daxil olduğu stansiyalardan biri də “Ulduz”dur: “Gün ərzində stansiyadan 7555 sərnişin istifadə edib”.
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?