Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Epilepsiya xəstəsi olan qadın əməliyyatdan sonra öldü
Tovuz rayonunun Yoğunbulaq kənd sakini, 1966-cı il təvəllüdlü Bəsdi Vəliyeva əməliyyatdan sonra vəfat edib.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bağırsaq keçməzliyi diaqnozu ilə iki gün əvvəl Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilən qadın uğurla əməliyyat olunub. Lakin əməliyyat zamanı Bəsdi Vəliyevanın epilepsiya xəstəsi olduğu barədə həkim heyətinə məlumat verilməyib.
Məlumata görə, əməliyyatdan sonra qadının vəziyyəti sabit olub, amma ötən gecə halı pisləşərək, qıcolma keçirməyə başlayıb. O, bu səbəbdən vəfat edib.
Hazırda faktla bağlı araşdırma başlanılıb.
"Tovuz rayonu" teqi üzrə xəbərlər
- Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günüdür
- Tarixi körpü təhlükə ilə üzləşib
- Xocalıda hərbi sursat partladı: 17 yaşlı oğlan yaralandı
- Sevdiyi qıza görə özünü yandıran Ceyhun uşaq evində böyüyübmüş - Anasının da ölümünə səbəb olub
- Tovuzda sel suları fəlakətə səbəb oldu - Kənd sakininin evi uçdu
Ən çox oxunanlar