Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İran və Səudiyyə Ərəbistanı: Tehrana gözlənilməz səfər
Bütün dünyanın diqqətinin İranla ABŞ arasındakı danışıqlara və onun ətrafında baş verən siyasi-diplomatik təmaslara yönəldiyi bir məqamda Tehrana maraqlı səfər gerçəkləşib: uzun illər İranla çox gərgin münasibətlər yaşayan, yalnız son dönəmdə Çinin vasitəçiliyi sayəsində əlaqələri nisbətən normal məcraya düşən Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman çoxları üçün gözlənilməz bir şəkildə İran paytaxtına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının növbəti buraxılışında bəhs edilir.
"Tehranda böyük hörmət və təmtəraqla qarşılanan Xalid bin Salman İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Məhəmməd Bağeri, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan, ölkə Prezidenti Məsud Pezeşkian və İranın Ali rəhbəri Ayətullah Əli Xamenei ilə görüşüb. Salman Səudiyyə Ərəbistanı kralının məktubunu Xameneiyə təqdim edib. ABŞ ilə danışıqların Romada keçirilən ikinci raundu ərəfəsində baş tutan bu səfər yerli media və ekspertlər tərəfindən müxtəlif cür şərh olunsa da, istər-istəməz cəmi bir neçə il öncə İran rəsmilərinin, xüsusən Əli Xameneinin Səudiyyə Ərəbistanı haqqında sərt və təhqiramiz açıqlamaları da yada düşür. Həmin bəyanatları Xalid bin Salmanla görüşdə söylənənlərlə müqayisə etdikdə, rəsmi Tehranın 180 dərəcəlik mövqe dəyişikliyinə heyrət etməmək olmur", - deyə məqalədə qeyd olunub.
Daha ətraflı videoda:
