Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Ərəb şeyxlərinin Azərbaycanda ov kefi – FOTO + VİDEO](https://images.oxu.az/2016/11/16/15/12/37/483/8:1200.jpg)
Ərəb şeyxlərinin Azərbaycanda ov kefi – FOTO + VİDEO
Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb.
Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında ov edən şeyxlər nadir canlıları ovlamaqla məşğul olurlar.
Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrinə sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdiriblər. Videolardan görünür ki, ərəblər Azərbaycana hazırlıqlı gəliblər və bütün silah-sursatlarla təmin olunublar. Xüsusilə, Qətər və Dubaydan ölkəmizə axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır.
A.M.
"Cəlilabad" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər