Rusiyada yaşayan Leyla adlı azərbaycanlı qız və həyat yoldaşı erməni Artyom Xaçaturyan sosial şəbəkədə qızlarının foto və videolarını paylaşıblar.
Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, qızlarının atasına çox bənzədiyini vurğulayan Leylanın paylaşdığı video çoxsaylı izləyici tərəfindən bəyənilib.
Sosial şəbəkələrin aktiv istifadəçisi olan Leyla paylaşımlarında sülh şəraitində bərabər yaşamağı tez-tez vurğulayır.
Qeyd edək ki, Leylanın atası azərbaycanlı, anası osetindir.
A.S.
www.oxu.az