Bu günlərdə 3 nömrəli tərəvəz bazasında azərbaycanlılar və ermənilər arasında münaqişə baş verib, nəticədə başı partlamış erməni reanimasiyaya getməli olub.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat saytın Samarada olan Fərid adlı oxucusundan gəlib.
Onun sözlərinə görə, şəhərdə azərbaycanlılar və ermənilər arasında “söhbət” olacaq.
“Həkimlər deyir ki, onun vəziyyəti çox ağırdır, sağ qalmaq şansı demək olar ki, yoxdur. Bununla əlaqədar olaraq Samarada yaşayan ermənilər həmvətənlərinin intiqamını almaq üçün dəstə yığırlar. Deyilənlərə görə hətta qonşu şəhərlərdən də kömək çağırıblar. Tolyattidən 20 idmançı gəlib.
Prinsipcə biz münaqişə istəmirik və ermənilərdən də qorxmuruq. Onlar heç vaxt cəsurluqları ilə seçilməyiblər və yalnız sürü şəklində olanda igid olurlar. Amma onlar intiqam almaq istəyirlərsə, biz onları tərəvəz bazasında qarşılamağa hazırıq. Digər millətlərdən olan özbək, qazax və tacik satıcılarla danışmışıq onlar bizə lazımi dəstəyi göstərəcəklər. Ona görə də ermənilər istər idmançılarla, istərsə də OMON-la gəlsinlər”, - Fərid deyib.
Vesti.az redaksiyası münaqişənin bəzi təfərrüatlarını öyrənməyə nail olub.
Müəyyən edilib ki, münaqişə iki keçmiş şərik – Gürcüstandan olan azərbaycanlı və erməni arasında düşüb. Onlar uzun müddət 3 nömrəli tərəvəz bazasında bir yerdə işləyiblər, ailəlikcə dostluq ediblər. Sonra isə ayrı-ayrı işləməyi qərara alıblar. Erməni azərbaycanlılara 900 000 rubl (təxminən 30 000 dollar) borclu qalıb. Bundan başqa, erməni qəti şəkildə borcu qaytarmaqdan boyun qaçırıb. Bu zaman onun keçmiş şəriki onunla “söhbət” etmək istəyib. Azərbaycanlı erməni ilə görüşə iki dostu ilə gedib. Münasibətlərə aydınlıq gətirən zaman azərbaycanlıların dostlarından biri ermənini itələyib, o da yıxılaraq başını əzib. İndi erməni koma vəziyyətindədir. Və əgər o vəfat edərsə, erməni diasporası intiqam aksiyası təşkil edəcək.
Samarada Azərbaycan diasporasının nümayəndələri azərbaycanlı və ermənilər arasında münaqişənin mümkünlüyünü təkzib edirlər.
“İndi əsas odur ki, zərərçəkən sağ qalsın. O ki qaldı şəhərdə Azərbaycan və erməni diasporalarının toqquşmasına, bu, tamamən həqiqətə uyğun deyil. Burada sakitçilikdir, Samara vilayətində millətlərarası stabilliyin qorunmasına istiqamətlənmiş qarşılıqlı anlaşma əldə edilib”.