“İşğaldan azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarının və ekologiyanın pozulmasının qarşısının alınması istiqamətində hər hansısa bir irəliləyiş yoxdur”.
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bunun üçün ictimai fəallar tərəfindən aksiya keçirilir:
“Aksiyaçıların tələbləri çox normaldır. Onlar sözügedən ərazidə monitorinqlərin keçirilməsini tələb edirlər. Düşünürəm ki, nəticə əldə olunana qədər aksiyalar davam edəcək”.