Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fazil Mustafa ötən gün keçirdiyi əməliyyat barədə paylaşım etdi - VİDEO
“Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu”.
Oxu.Az xəbər verir ki, bu sözləri martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa özünün sosial şəbəkə hesabında ötən gün keçirdiyi cərrahi əməliyyatla bağlı paylaşımında qeyd edib.
Ötən gün yenidən əməliyyata girən deputat Fazil Mustafa vəziyyətinin yaxşı olduğunu yazıb:
“Əziz dostlar, məmləkətimizin dəyərli insanları. Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Həmd olsun Allaha ki, hər şey yaxşılığa doğru gedir. Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun. Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!”
Rəylər