Qəbələ rayonun Laza kəndinə yağan güclü yağış nəticəsində Dəmiraparan çayının suyu çoxalaraq sel əmələ gəlib.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfər təxliyyə edilib.
Əməliyyat saat 20:18-də başa çatıb.