"CAMCA təhsil islahatlarını gündəliyində prioritet olaraq saxlayır".
Oxu.Az xəbər verir ki, bu fikirləri "CAMCA Network"ün Direktorlar Şurasının sədri Fuad Kərimov Bakıda keçirilən CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan ölkələrini birləşdirən platforma) regional liderlərinin illik görüşü - Regional Forumunda deyib.
O bildirib ki, təhsil sözügedən platformanın fəaliyyətinin başlanğıcından etibarən əsas istiqamətlərdən biri olub:
"Biz bu təhsil islahatlarına başladıq, çünki təhsil başlanğıcdan bəri CAMCA-nın ürəyində və əsas gündəliyində olub. CAMCA-nın uğurunun əsas göstəricilərindən biri təşkilatın məzun şəbəkəsinin güclənməsidir".