Gəncədə avtomobil piyadanı vurub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhərindəki prospektlərin birində 21 yaşlı Məcid Abbasovun idarə etdiyi “Renault Megane” markalı avtomobil piyada, şəhər sakini, 1975-ci il təvəllüdlü Elşən Qənbərovu vurub.
Nəticədə, piyada beyin qanaxması diaqnozu ilə şəhərdəki özəl xəstəxanalardan birinə yerləşdirilib.
O, daha sonra Bakı şəhərində yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və ötən gün orada vəfat edib.
İlhamə Əbülfət