Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var: DİN hərəkətə keçdi - YENİLƏNİB + VİDEO
Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilməsi ilə bağlı polis araşdırmalara başlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb. Tezliklə məsələyə hüquqi qiymət veriləcək.
14:14
Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən “Report”un Qərb bürosuna bildirilib ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib.
“Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər”, - məlumatda qeyd olunub.
14:08
Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib.
“Report”un məlumatına görə, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib.
Faktla bağlı araşdırma aparılır.
Nəzrin Vahid
Rəylər