Gəncədə piyadanın vurulması və ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Ü.Hacıbəyov prospektində baş verib.
Toydan çıxan şəxsi "VAZ-2107" markalı avtomobil vurub.
İlkin məlumatlara görə, hadisə mərhum toydan çıxan zaman baş verib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.