Bakıdakı “Ganjlik Mall”da insanlar arasında çaxnaşma düşüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, buna səbəb ticarət mərkəzində həyəcan siqnalının işə düşməsi olub.
“Ganjlik Mall”dan bildirilib ki, işıqlar söndüyündən siqnal işə düşüb: “Proses 5-10 dəqiqə davam edib və hazırda məsələ həll olunub. Mall-ın içərisindən kimsə təxliyə olunmayıb. İşıqların sönməsi isə texniki səbəbdən baş verib”.
17:02
Bakının məşhur ticarət mərkəzində həyəcanlı anlar yaşanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Tofiq Bəhramov stadionunun yaxınlığında yerləşən “Gənclik Mall” ticarət mərkəzindən insanlar təxliyə olunublar.
Orada olan şəxslərdən biri fotolar da göndərib.
Onun sözlərinə görə, bir anda ticarət mərkəzində işıqlar sönüb və hər kəsdən oranı tərk etməyi istəyiblər.
E.Ə.
www.oxu.az