Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Global Media Group"a daxil olan şirkətlər arasında "Həngamə" intellektual oyunu keçirilib
May ayının 27-də "Global Media Group"un tərkibinə daxil olan şirkətlər arasında "Həngamə" intellektual oyunu keçirilib.
Oyunda "Report" İnformasiya Agentliyi, "Oxu.Az", "Media.az", "Baku TV", "Global Photo Stock", "Global Management" , "Baku.WS" nümayəndələri iştirak ediblər.
Tədbirdə püşkatma yolu ilə 10 komanda formalaşdırılıb. İki tur və finaldan ibarət olan oyun gərgin mübarizə ilə yadda qalıb. Sonda "Zəfər" adlı komanda qalib elan edilib, onlara mükafatlar təqdim olunub.
İlk üç yeri tutan komandalar sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, tədbirin məqsədi "Global Media Group" şirkətinin üzvləri arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, həmin əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsidir.
"Global Media Group" teqi üzrə xəbərlər
- Güllə səsi ilə susdurulan son toyun 30 il sonra cuşa gələn çal-çağırı
- Media.Az yeddi yaşını qeyd edir
- MEDİA kiberhücumla bağlı məlumat yaydı
- "Global Media Group"un tərkibindəki media qurumu "Prokurorluğun dostu" mükafatı ilə təltif olunub
- "Global Media Group"un tərkibindəki şirkətlər növbəti nəzarət auditindən uğurla keçib