Xocalı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Goranboy rayonunun Hacallı kəndində qeydə alınıb. Göldə balıq tutan Xocalı rayon sakini, 1977-ci il təvəllüdlü Həmidov Eldəniz Sabir oğlu cərəyan vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
A.S.
www.oxu.az