Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yük maşını ilə toqquşub. Qəza zamanı “VAZ 21015”də olan 1988-ci il təvəllüdlü F.Kərimov, 1990-cı il təvəllüdlü R.Kərəmova və 1959-cu il təvəllüdlü T.Babayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.