Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Goranboyda yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlandı
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Safıkürd kənd sakini Kəniş Həsənovun və Boluslu kənd sakini Kamil Əliyevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanları tərk etmələri müəyyən edilib.
Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
"COVID-19" teqi üzrə xəbərlər
- Pandemiya bitməyib: ÜST-dən COVID-19 ilə bağlı yeni təhlükəli virus XƏBƏRDARLIĞI
- Korrupsiya, narkotik istehsalı, talama: USAID bataqlığı qurudulur
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
- Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzandı
- ABŞ-də məmurlara səkkiz aylıq maaş müqabilində işdən çıxmaq təklif edilib