Göygöl rayonunun Aşıqlı kəndi ərazisində baş verən torpaq sürüşməsi ilə bağlı tədbir görülüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, yolun hərəkət hissəsinə sürüşən torpaq qatı aidiyyəti qurumun əməkdaşları tərəfindən təmizlənib.
Avtomobillərin maneəsiz gediş-gəlişi təmin edilib.
Göygöl rayonuna yağan güclü yağış torpaq uçqununa səbəb olub, yolda çətinlik yaradıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, rayonun Aşıqlı kəndində torpağın bir hissəsi yola uçub, iri ağac əraziyə aşıb.
Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb.
Hazırda bu istiqamətdə tədbirlər görülür.