Bakı, Bayıl qəsəbəsi, Qurban Abbasov ¾ ünvanında (“Dünyagöz” klinikasının yaxınlığı) yerləşən “Qreys Terras” (“Grace Terrace”) restoranı müştərilərə yüksək səviyyəli xidmət, münasib qiymət, müxtəlif aksiya və sürprizlər təklif edir.
Oxu.Az xəbər verir ki, üç mərtəbədən ibarət olan restoranın ikinci mərtəbəsində şəxsi tədbir, konfrans, brifinq, xınayaxdı, nişan mərasimlərini rahat şəkildə həyata keçirmək üçün 110-130 nəfərlik “Qış zalı” yerləşir.

Həmçinin ikinci mərtəbədəki 25-30 nəfərlik “Karaoke zalı”nda qapalı ailə tədbirləri, mərasimləri təşkil etmək mümkündür.

Üçüncü mərtəbədə yerləşən 140 nəfərlik geniş terrasda (bura özü-özlüyündə üç ayrı məkana bölünür: dəniz mənzərəli zal, tədbirlər zalı, kabinet- məkan) canlı musiqi dinləmək şansınız var.

Restoranda Azərbaycan, İtaliya, Fransa və digər ölkələrin mətbəxindən olan yeməkləri dadmaqla yanaşı, qəlyan və çay süfrəsi də münasib qiymətə təklif olunur. Burada Misir qəlyanı, təbii kömür və ən keyfiyyətli tütünlərdən istifadə olunur. 20 manatlıq qəlyan və çay aksiyası hələ də davam edir.

Sentyabr ayına qədər isə restoranın “Qış zalı”nda tədbir keçirən qonaqlara 10% endirim tətbiq olunur.
Ünvan: Bakı, Bayıl qəsəbəsi, Qurban Abbasov 3/4 (“Dünyagöz” klinikasının yaxınlığı)
Telefon: (012) 491 38 71, (050) 291 10 70
“Facebook”: https://www.facebook.com/Grace-Terrace-1742460382662322/
Aytən Sadıqzadə
www.oxu.az