Gürcüstan Patriarxlığı Azərbaycan ərazisində yerləşən Müqəddəs Georgi adına Kürmük kilsəsində ARB TV tərəfindən çəkilib yayımlanan videokadrlarla əlaqədar bəyanat yayıb.
Oxu.Az Regnum-a istinadən xəbər verir ki, Patriarxlıq bu kadrlarda əks olunan səhnələrə qəzəblənərək, bunu on minlərlə insanın dini hisslərinə qarşı hörmətsizlik kimi qiymətləndirib.
Söhbət ARB telekanalının “Fernando şəhərdədir” adlı proqramında yayılan kadrlardan gedir. Belə ki, yayımlanan kadrların birində naməlum kişi Kürmük kilsəsinin mərkəzində ədəbsizcə F.Şubertin “Ave Maria” adlı bəstəsini ifa edib.
Kadrlara 28-ci dəqiqədən baxmaq mümükündür.
Patriarxlıq həmin kadrlarda əks olunan səhnələrə görə Gürcüstan və Azərbaycan hakimiyyətini bu faktı araşdırmağa çağırıb. Gürcüstan Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsini baş verənlərə reaksiya verməyə səsləyib.
Xatırladaq ki, bu neçə müddət öncə Gürcüstan Patriarxlığı ATV telekanalını Azərbaycan ərazisində yerləşən Müqəddəs Georgi adına Kürmük gürcü məbədində çəkilən videoçarxa görə tənqid etmişdi. Sözügedən görüntülərdə naməlum kişi və qadın xəzinəni ələ keçirmək üçün məbədə gəlirlər və iki katolik-rahibin başına dəyənəklə vuraraq onları zərərsizləşdirirlər, sonra isə onların paltarını geyinərək məbədə daxil olurlar. Onlar xəzinəni tapırlar. Qadın xəzinəni götürərək qaçır, kişi isə orada qalaraq digər ruhanilərlə (katolik rahib geyimində) şərq döyüş üslubundan istifadə edərək mübarizə aparır.
A.S.