Hacıqabulda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Pirsaat kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Nəvahi kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərov Kənan Azadxan oğlunu “Jiquli” markalı maşın vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.