“Aztelekom” dövlət internet provayderinin istifadəçiləri hakerlərin hücumu nəticəsində internetə çıxışda problemlərlə üzləşiblər.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə “Aztelekom” İstehsalat Birliyindən məlumat verilib.
İB-dən deyiblər ki, problemə səbəb TP-LINK istifadəçi modemləri olub:
“Bu modemlərin qorunma gücü zəif olduğuna görə hakerlər qanunsuz olaraq istifadəçilərin qurğularına çıxış əldə edə və internet şəbəkəsinə daxil olmağı məhdudlaşdıra bilərlər”.
“Aztelekom” problemi aradan qaldırmaq üçün səhifəsində ADSL-modemlərin tənzimlənməsi ilə bağlı videoməlumat yerləşdirib. (Trend)