Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hava limanı yolunda avtobusun iştirakı ilə QƏZA
Bakıda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün saat 11:57-də paytaxtın Suraxanı rayonu, hava limanı istiqamətində qeydə alınıb.
Belə ki, "İsuzu" markalı sərnişin avtobusu, "Mercedes-Benz" və BYD markalı avtomobillər toqquşub.
Faktla bağlı araşdırma aparılır.
Bakıda, Hava limanı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza zamanı "Mercedes-Benz" və BYD markalı avtomobillər toqquşub.
Nəticədə "Mercedes-Benz" markalı avtomobilə ciddi ziyan dəyib. Qəzada xəsarət alanların olub-olmadığı hələ ki, məlum deyil.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BŞDYPİ) sorğu ünvanlanıb.
Məhərrəm Əliyev
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Yağışlı hava Bakıda qəzaya səbəb oldu - "Prado" avtobusa çırpıldı
- Şəki-Oğuz avtomobil yolunda ağır qəzaya düşənlərin SON VƏZİYYƏTLƏRİ açıqlandı
- Ağdam-Füzuli yolunda mikroavtobus aşdı: Qeyri-qanuni sərnişin daşıyırmış
- Sərxoş sürücünün idarə etdiyi avtomobil kanala AŞDI
- Şəmkirdə ölümlə nəticələnən avtoqəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI