Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Həsənriz sakini: "Axır ki, bu dağlarda doğma səslər əks-səda verəcək"
İşğaldan azad edildikdən sonra yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan sakin Firqə Dadaşova buna görə çox sevincli olduqlarını bildirib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, F.Dadaşova kənd camaatının yenidən bir araya gəlməsindən fərəhləndiyini qeyd edib:
"Kəndimizin gözəl havası, təmiz suyu, mehriban insanları var. Uzun illər camaatımız bir-birindən aralı düşmüşdü. Şükürlər olsun ki, artıq elimiz bir yerə cəm olur. Doğma kəndimizin yenidən qurulmasına çox sevinirik. Axır ki, bu dağlarda doğma səslər əks-səda verəcək".
"Həsənriz kəndi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar